• (+994)55 254 22 02

    (+994)55 254 39 38

  • info@yanginaz.com

  • Sumqayıt, Sülh Plaza 6cı mərtəbə 604

Yanğınsöndürmə balonları

Yanğınsöndürən balonlar ilkin yanğınsöndürmə vasitəsi kimi istifadə olunur. Yanğınsöndürmə balonlarının müxtəlif tipləri var.

1. Sulu odsondürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.

2. Toz şəkilli maddələr olan odsöndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur.

3. Köpük yaradan kimyəvi tərkibli odsöndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür.

4. Karbonatlı odsöndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır.

5. Odsöndürücülərin daha bir növü universal vasitə olub yanan mayelərdə, düz olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) çıxan yanğınlarda istifadə edilir. Bu odsöndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə istifadə edilməməlidir.