• (+994)55 254 22 02

    (+994)55 254 39 38

  • info@yanginaz.com

  • Sumgayit, Sulh Plaza 6th floor 604

Projects

“Yanginaz” şirkətinin yeni yaradılmasına baxmayaraq qısa müddət ərzində bir sıra böyük layihələrə imza atmışdır. Yanğın siqnalizasiyasının, avtomatik yanğın söndürmə sistemlərinin, sulu söndürmə sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə müxtəlif sahələrdə layihələr icra etmişdir. Reallaşdırılan layihələrdən Xəzər Televiziyasının, Sumqayıt Gənclər Evinin, AF Otel-in , Şəmkir Seyfəli Su Anbarının inzibati binasının yanğından mühafizə siqnalizasiyasının layihələndirilməsi və quraşdırılması kimi layihələri həyata keçirmişdir.

Reallaşdırılan layihələrin müxtəlif fəaliyyət sahələrinə aid olması işçi komandanın peşəkarlığını sübut edir. Təhlükəsizlik sistemləri üzrə müxtəlif profilli layihələr icra etməklə şirkət müasir həllər, yanaşmalar tətbiq edir və müştərilər tərəfindən daha innovativ həll yollarına olan tələbin formalaşmasında mühüm rol oynayır.